Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vətən müharibəsi əlili icra hakimiyyətinin həyətində öz maşınını niyə yandırıb? -  Açıqlama

Qaradağda Vətən müharibəsi əlili icra hakimiyyətinin həyətində öz maşınını yandırıb. İcra hakimiyyətindən isə bildiriblər ki, qazi dövlətdən hər cür qayğı görüb və görməkdədir...

Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən I Qrup Qarabağ əlili Səmədov Elnur Eldar oğluna edilən yardımlar və müraciəti əsasında görülmüş işlər haqqında redaksiyamıza məlumat verilib.

Bildirilib ki, Ələt qəsəbəsində qeydiyyatda olan,1-ci qrup Vətən müharibəsinin əlili, 30 oktyabr 1990-cı il təvəllüdlü Səmədov Elnur Eldar oğlu Qaradağ Rayon İcra Hakimiyyətinin həyətində özünə məxsus “Khzar Azsamand” markalı 77-BE-990 dövlət nömrə nişanlı avtomobilini yandırıb:

“Qazinin səhhəti ilə əlaqədar Türkiyədə müalicə almaq, yaxın qohumlarının mənzil-məişət və sosial şəraitinin yaxşılaşdırılmasını tələb edir.

Səmədov Elnur Eldar oğlu 44 günlük Vətən müharibəsində yaralanmışdır və 1-qrup əlillik təyin olunub. Əlillik təyin olunduqdan sonra Dövlət tərəfindən Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əliliyi təyin olunmuş şəxslər üçün nəzərdə tutulmuş bütün imtiyazlar verilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hər ay 1-ci qrup Qarabağ əlilləri üçün təyin olunmuş müavinət və prezdent təaqüdü ödənilir.

O, 27 avqust 2021-ci ildə maşın, 12 noyabr 2021-ci ildə iki otaqlı mənzillə təmin edilib. Yaşat fondu tərəfindən ölkənin müxtəlif klinika və xəstəxanalarında müalicələri həyata keçirilib. Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən daim diqqət mərkəzində saxlanılıb və müraciətlərinin həlli üçün müvafiq köməkliklər göstərilib”.RİH tərəfindən 140 kv.mlik iki mərtəbəli qeyri yaşayış sahəsinin tikilməsi üçün torpaq sahəsi verilmişdir.Obyektin tikintisi üçün RİH tərəfindən 13.530 AZN vəsait xərclənmişdir.Qeyri yaşayış sahəsinin birinci mərtəbəsi moyka,ikinci mərtəbəsi çay evi kimi fəaliyyət göstərir.Bundan əlavə Vətən müharibəsi əlilinin sosial rifahının yaxşılaşdırılması üçün hər ay ona məxsus kart hesabına 300 azn maddi vəsait köçürülməsi təmin edilmişdir.

Digər dövlət qrumları tərəfindən edilən yardımlar:

Yaşat fondu-12.300 AZN;

Dövlət Sığorta Şirkəti – 8800 AZN;

ƏƏSMN-nin Sosial Xidmətlər Agentliyi tərəfindən maşınla təmin edilmişdir;

ƏƏSMN Sosial Xidmətlər Agentliyi tərəfindən tərəfindən evlə təmin edilmişdir.

Ümumi məbləğ 21.100 AZN pul, Ev və maşın verilmişdir.

***

Qaradağ rayonu Ələt qəsəbəsi, E.İmanov küçəsi, ev 12, mənzil 40 ünvanında qeydiyyatda olan,1-ci qrup Vətən müharibəsinin əlili, 1990-cı il təvəllüdlü Səmədov Elnur Eldar oğlu Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən Qaradağ Rayon İcra Hakimiyyətinin həyətində özünə məxsus “Khzar Azsamand” markalı 77-BE-990 dövlət nömrə nişanlı avtomobilini yandırıb.

İnsidentlə bağlı icra hakimiyyətindən Poliqon-a bildiriblər ki, qazi icra hakimiyyətindən səhhəti ilə əlaqədar Türkiyə Respublikasında müalicə almaq, yaxın qohumlarının mənzil-məişət və sosial şəraitinin yaxşılaşdırılmasını tələb edib.

İcta hakimiyyətindən bildiriblər ki, qazi Səmədov Elnur Eldar oğlu 44 günlük Vətən müharibəsində yaralanıb və ona 1-qrup əlillik təyin olunub. Əlillik təyin olunduqdan sonra ona dövlət tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əliliyi təyin olunmuş şəxslər üçün nəzərdə tutulmuş bütün imtiyazlar verilib.

İcra hakimiyyətindən aldığımız məlumatda bildirilir ki, Elnur Səmədova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hər ay 1-ci qrup Qarabağ əlilləri üçün təyin olunmuş müavinət və prezdent təaqüdü ödənilir.

Elnur Səmədov 27.08.2021-ci il tarixində maşınla,12.11.2021-ci il tarixində iki otaqlı mənzillə təmin edilib.”Yaşat” Fondu tərəfindən müalicələri həyata keçirilib.

Bundan başqa qazi Elnur Səmədova Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən daim diqqət mərkəzində saxlanılıb və müraciətlərinin həlli üçün davamlı olaraq ona müvafiq köməkliklər göstərilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

ABŞ Azərbaycanla Ermənistan arasında sülhün mümkünlüyünə inanır

Deputat: “Uşağı əməliyyatla dünyaya gətirirlər, bunun nəyi analıqdır?!” - Video

AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib

Ən çox oxunanalar